Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Moskva vilayətində yerləşən strateji müdafiə müəssisəsinə dronlarla zərbə endirmək planının qarşısının alındığını açıqlayıb.
Milli.Az xəbər verir ki, bu barədə FSB məlumat yayıb.
Qurumun məlumatına görə, SBU sözügedən müəssisəyə 35 FPV dronu vasitəsilə hücum etməyi planlaşdırıb.
FSB əməliyyatın təfərrüatları ilə bağlı əlavə məlumat açıqlamayıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)