"Telegram"ın qısa keçidlərində nasazlıq qeydə alınıb

14 İyul 2026 12:54

"Telegram"ın qısa keçidlərində texniki problem yaranıb.

Milli.Az xəbər verir ki, həmin domen reyestri t.me domeninin deleqasiyasını dayandırdığı üçün bu keçidlər brauzerlərdə açılmır və istifadəçiləri tətbiqə yönləndirmir.

Bununla belə, "Telegram" tətbiqinin daxilində linklər normal işləməyə davam edir. Məlumatlarına əsasən, 13 iyul 2026-cı ildə domenə "serverHold" statusu verilib. Bu status domenin DNS sistemində aktiv olmadığını göstərdiyindən t.me keçidləri internet üzərindən müvəqqəti əlçatmaz vəziyyətə düşüb.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)