Tramp xalqa müraciət edəcək

14 İyul 2026 10:49

ABŞ Prezidenti Donald Tramp 16 iyulda xalqa müraciət edəcək.

Milli.Az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Məlumata görə, televiziya vasitəsilə yayımlanacaq müraciətdə dövlət başçısı müxtəlif mövzulara, o cümlədən ABŞ-İran münaqişəsinə toxunacaq.   

Belə ki, ABŞ liderinin müşavirləri sırasından olan mənbənin sözlərinə görə, Tramp həmçinin ABŞ-də keçiriləcək seçkilərdən bəhs edəcək, Tehrana qarşı hərbi əməliyyatlar barədə son məlumatları təqdim edəcək, həmçinin vacib hesab etdiyi digər məsələlərə də münasibət bildirəcək. 

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)