Lisey və gimnaziyalara qəbul üçün müraciət müddəti daha bir gün uzadılıb.
Təhsil İnstitutundan Milli.Az-a verilən məlumata görə, namizədlər iyulun 15-i saat 12:00-dək seçimlərini edə biləcəklər.
Bildirilib ki, seçim mərhələsi başa çatdıqdan sonra şagirdlərin topladıqları ballara uyğun olaraq yerləşdirmə aparılacaq və qəbul nəticələri elan ediləcək.
Avqust ayının ilk yarısında yerdəyişmə sistemi aktivləşdirildikdən sonra qəbul olunan şagirdlər üçün avtomatik sorğular formalaşdırılacaq və sənəd qəbulu prosesinə başlanılacaq.
Lisey və gimnaziya seçimi şəxsi kabinetdə yerləşən "İmtahanlar" bölməsinin "Lisey seçimi" hissəsi vasitəsilə həyata keçirilir.
Namizədlər seçim zamanı maksimum 3 lisey qeyd edə bilərlər. Üç lisey seçmək məcburi deyil. Şagird və valideynlərə yalnız təhsil almağı planlaşdırdıqları lisey və ya gimnaziyaları seçmələri tövsiyə olunur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)