$500 milyonluq ölüm

22 Avqust 2012 13:07
Milli.Az ABC-yə istinadən bildirir ki, itkilərin səbəbi Toni Skottun çalışdığı 8 layihənin yarımçıq qalmasıdır.

Həmin filmlər arasında "Ən yaxşı atıcı" və "Prometey" filmlərinin davamları, baş rolda Kristofer Nolanın oynayacağı yeni, adsız film, habelə "Coma", "The good wife", "Numbers", "Pillars of the Earth" serialları və şouları var.

"Paramount Pictures" və "Skydance Productions" kimi Hollivud nəhənglərinin də qatıldığı layihələrdə məşhur aktyorlar iştirak edirlər. Layihələr üçün minlərlə bahalı dekorasiya hazırlanıb, çəkiliş yerləri icarəyə götürülmüşdü.

Yeni filmlərdə quruluşçu rejissor yerini kimin tutacağı məlum deyil.

Milli.Az