Türkiyənin "Qalatasaray" klubu futbolçusu Davinson Sançes üçün İtaliyanın "Komo" klubundan gələn ilk transfer təklifini qəbul etməyib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, A Seriyası təmsilçisi 30 yaşlı müdafiəçinin transferi üçün 25 milyon avro ödəməyə hazır olub. Lakin İstanbul klubu bu məbləği kifayət hesab etməyərək təklifi rədd edib.
Bildirilir ki, "Qalatasaray" kolumbiyalı futbolçunun transferi ilə bağlı 30 milyon avrodan aşağı təklifləri nəzərdən keçirməyi planlaşdırmır.
Qeyd edək ki, Davinson Sançes indiyədək "Qalatasaray"ın heyətində 121 oyunda meydana çıxıb. Təcrübəli müdafiəçi bu qarşılaşmalarda 10 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)