Quba rayonunda 11 yaşlı uşaq çayda boğularaq həyatını itirib.
Milli.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Qəçrəş kəndi ərazisindən keçən Qudyal çayında baş verib.
Bildirilib ki, 2015-ci il təvəllüdlü Xəyyam Tərlan oğlu Məmmədov çayda çimərkən boğulub.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)