Hikmət Hacıyev: "D-8 Media Mükəmməllik Mərkəzi dezinformasiya ilə mübarizədə qlobal platforma olacaq"

13 İyul 2026 19:27

Dezinformasiya ilə mübarizə, KİV-lər arasında əməkdaşlığın inkişafı və mediada süni intellekt texnologiyalarından istifadə D-8 Media Mükəmməllik Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən olacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev D-8 Media Mükəmməllik Mərkəzinin Strateji Konsepsiyasının təqdimatı zamanı deyib.

"Dezinformasiya ilə mübarizə mediada süni intellekt alətlərinin tətbiqi və Mükəmməllik Mərkəzinin Konsepsiyasında nəzərdə tutulan bir sıra digər istiqamətlər onun prioritetləri sırasında olacaq", - deyə o, bildirib.

H.Hacıyevin sözlərinə görə, jurnalist kadrlarının hazırlanmasına, kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişafına və D-8-ə üzv dövlətlərin media qurumları arasında birbaşa qarşılıqlı əlaqələrin genişləndirilməsinə də xüsusi diqqət yetirilməsi planlaşdırılır.

O, qeyd edib ki, Media Mükəmməllik Mərkəzi qardaş ölkələrin KİV nümayəndələri arasında bilik və peşəkar təcrübə mübadiləsi üçün platformaya çevrilməlidir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)