Paolo Maldiniyə yeni vəzifə verildi

13 İyul 2026 15:05

İtaliya millisinin və "Milan" klubunun əfsanəvi futbolçusu Paolo Maldininin yeni iş yeri rəsmən müəyyənləşib.

Milli.Az xəbər verir ki, İtaliya Futbol Federasiyasının yaydığı məlumata əsasən, veteran futbolçu qurumun texniki direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Paolo Maldini üçün bu vəzifə yeni deyil. O, daha əvvəl də İtaliya millisinin strukturunda fəaliyyət göstərib. Əfsanəvi müdafiəçi 2018-2019-cu illərdə komandanın inkişaf direktoru, daha sonra isə texniki direktoru kimi çalışıb.

57 yaşlı futbol funksioneri 2023-cü ilin iyun ayında bu postdan ayrılmışdı. İndi isə Paolo Maldini yenidən İtaliya Futbol Federasiyasında fəaliyyətini davam etdirəcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)