Xalq artisti Miri Yusif canlı efirdə səsləndirdiyi etirafı ilə izləyicilərin diqqətini çəkib.
Milli.Az xəbər verir ki, sənətçi musiqidən əvvəl fərqli sahədə təhsil aldığını və ixtisasının memarlıq olduğunu açıqlayıb.
Miri Yusif bildirib ki, memarlıq üzrə ali təhsil alıb və bir müddət dizayn sahəsində də fəaliyyət göstərib. O, həmçinin bu istiqamətdə biliklərini artırmaq üçün ABŞ-nin Los-Anceles şəhərində təhsil aldığını da qeyd edib.
"Mən memarlıq üzrə təhsil alıb bitirmişəm. İxtisasca memaram. Vaxtilə dizayn işi ilə məşğul olmuşam. Los-Ancelesdə bu istiqamətdə dərs almışdım. Amma maşallah, yolum səhnəyə gəlib çıxdı", - deyə sənətçi bildirib.
Xalq artistinin bu açıqlaması sosial şəbəkələrdə maraqla qarşılanıb. Bir çox izləyici onun təhsili və peşəkar fəaliyyəti ilə bağlı bu məlumatı ilk dəfə eşitdiyini qeyd edib, sənətçinin həm yaradıcılığına, həm də həyat yoluna dair müsbət rəylər yazıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)