Azərbaycan ilə Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.
"Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)