Rusiyanın Buryatiya Respublikasının Tunkin rayonunda 6.7 maqnitudalı zəlzələ qeydə alınıb.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) regional baş idarəsindən məlumat verilib.
Yeraltı təkanlar Bakı vaxtı ilə saat 06:18-də baş verib. Zəlzələnin episentri Kıren yaşayış məntəqəsindən 7.6 kilometr şimal-qərbdə, Arşan qəsəbəsindən isə 34 kilometr aralıda yerləşib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)