Rus hokkeyçi 2 milyon dollara Messinin qonşusu oldu - (Foto)

13 İyul 2026 10:15

ABŞ-nin "Vaşinqton Kapitals" klubunun rusiyalı hücumçusu və kapitanı Aleksandr Oveçkin daşınmaz əmlak portfelini genişləndirib.

Milli.Az "SHOT" "Telegram" kanalına istinadən xəbər verir ki, hokkey ulduzu əvvəllər yaşadığı yaşayış kompleksində yeni mənzil alıb. Bildirilir ki, 40-cı mərtəbədə yerləşən mənzil üçün Aleksandr Oveçkin təxminən 2,1 milyon dollar ödəyib.

Ümumi sahəsi 222 kvadratmetr olan mənzildə dörd yataq otağı, dörd hamam otağı və əlavə qonaq sanitar qovşağı yerləşir.

Qeyd olunur ki, hokkeyçinin yeni mənzilinin yerləşdiyi binanın yaxınlığında futbol ulduzu Lionel Messinin də mənzil sahibi olduğu göydələn var.

Bundan əlavə, Aleksandr Oveçkinin həmin yaşayış kompleksində daha bir mənzili mövcuddur. O, kompleksin 20-ci mərtəbəsində yerləşən mənzilin də sahibidir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)