Bu gün Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində yerləşən 110/35/6 kV-luq "ETK-4" yarımstansiyasından çıxan 6 kV-luq "Masazır-1" və "Masazır-2" hava xətlərində yenidənqurma işləri aparılacaq.
"Azərişıq" ASC-nin yaydığı məlumata görə, bununla əlaqədar saat 09:30-dan 15:00-dək Asəf Zeynallı küçəsi, DSK yolu və Baş Dövlət Yol Polisi İdarəsinin ətrafında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Eyni zamanda, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində transformator məntəqəsində aparılacaq təmir işləri səbəbindən saat 10:00-dan 13:00-dək Eldar Ağayev, Mehman Bünyadzadə və Qızıl Şərq küçələrinin bir hissəsində planlı elektrik kəsintisi olacaq.
Nizami RETSİ-nin ərazisində yerləşən Komplekt Transformator Məntəqələrində (KTM) həyata keçiriləcək təmir-təftiş işləri zamanı isə eyni saatlarda Şərq və Birlik küçələri də gərginliksiz qalacaq.
Planlı fasilələr Abşeron rayonunu da əhatə edəcək. Abşeron RETSİ-nin xidmət ərazisinə daxil olan Masazır qəsəbəsində 35 kV-luq yeni elektrik şəbəkəsinin qurulması ilə əlaqədar yenidənqurma işləri aparılacaq. Bu səbəbdən 400 kVA gücündə KTM-i qidalandıran elektrik xətti açılacaq və saat 10:00-dan 16:00-dək Rafiq Dünyamalıyev küçəsinin 1-7-ci döngələrində elektrik enerjisinin verilişi dayandırılacaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)