Ev təmizliyində saatlarla toz silməkdən yorulmusunuzsa, bahalı kimyəvi vasitələrə pul xərcləmədən bu problemi kökündən həll edə bilərsiniz. Mətbəxinizdə hər zaman əlinizin altında olan iki təbii məhsul sayəsində mebellərinizdə həftələrlə davam edən bir qoruyucu təbəqə yarada bilərsiniz.
Milli.Az xəbər verir ki, tozun mebellərə sanki bir maqnit kimi yapışmasının əsas səbəbi səthlərdə yığılan statik elektrikdir. Mebel üzərindəki bu elektriklenme tozun asanlıqla tutunmasına şərait yaradır.
Lazım olan materiallar:
Ilıq su: Bir qab dolusu.
1 xörək qaşığı ağ sirkə: Səthi dərindən dezinfeksiya edir.
Bir neçə damla zeytun yağı: Səthləri qidalandırır, parladır və statik elektriki sıfırlayır.
Hazırlanması və tətbiqi:
İlıq suyun içərisinə 1 xörək qaşığı ağ sirkəni və bir neçə damla zeytun yağını əlavə edib yaxşıca qarışdırın.
Mikrofiber bezi bu qarışığa batırıb yaxşıca sıxın (bez nəmli olmalıdır). Mebellərinizi bu bezlə silin.
Tozların havaya uçuşmadan birbaşa bezə yapışdığını görəcəksiniz.
Bu üsulun üstünlükləri:
Ağ sirkə təmizləyir, zeytun yağı isə mebelləri (xüsusilə taxta və parlaq səthləri) qidalandıraraq ilk günkü kimi parladır.
Səthdə qalan incə, görünməz təbii təbəqə sonrakı günlərdə tozun tutunmasına mane olur, tozlar sürüşüb gedir.
Bu üsul sayəsində təmizlik müddəti yarıya qədər qısalır və eviniz daha uzun müddət təravətli qalır.
Kimyəvi maddələrdən uzaq, tamamilə təbii və büdcəyə uyğun bu üsulla təmizlik işlərinizi xeyli yüngülləşdirə bilərsiniz!
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)