İranın hücumu nəticəsində ABŞ-ın 6 əsgəri öldü, 60-ı yaralandı

13 İyul 2026 00:32

ABŞ-İran arasında ikinci müharibə zamanı İranın Küveytin Şuayba limanına pilotsuz təyyarə hücumu nəticəsində ABŞ-ın 6 əsgəri həlak olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, hücum nəticəsində 60-dan çox əsgərin yaralandığı və komandanlığın kifayət qədər mühafizə tədbirləri görmədiyi iddia edilir.

Qeyd edək ki, söhbət 28 fevral - 8 aprel tarixlərində olan müharibədən gedir. Sözügedən hücum 1 martda baş verib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)