12 ildir oturmur, uzanmır - Ayaqları görün necə oldu - (Video)

13 İyul 2026 16:15

Hindistanda yaşayan bir zahidlə bağlı yayılan məlumat sosial şəbəkələrdə böyük maraq doğurub.

Milli.Az xəbər verir ki, həmin şəxs Tanrı Şivanı görə bilmək arzusu ilə təxminən 12 ildir ayaqüstə yaşayır və bu müddət ərzində nə oturur, nə də uzanaraq dincəlir.

Bildirilir ki, zahid dini inancına uyğun olaraq bu çətin həyat tərzini könüllü seçib. O, məqsədinə çatmaq üçün illərdir ayaqüstə qalaraq ibadətlə məşğul olduğunu deyir.

Sosial şəbəkələrdə yayılan görüntülər qısa zamanda geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər onun iradəsinə və inancına heyran olduqlarını bildiriblər. Digərləri isə uzun illər bu şəkildə yaşamağın tibbi baxımdan mümkün olub-olmaması ilə bağlı suallar səsləndiriblər.

Mütəxəssislər isə qeyd edirlər ki, uzun müddət fasiləsiz ayaqüstə qalmaq insan sağlamlığı üçün ciddi risklər yarada, qan dövranı, oynaq və əzələ sistemində ağır fəsadlara səbəb ola bilər.

Yayılan görüntülər sosial şəbəkələrdə maraqla izlənilməyə və müzakirə olunmağa davam edir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)