11 yaşlı uşaq çaya düşdü Yenilənib

12 İyul 2026 22:59

Kəlbəcərdə azyaşlı uşaq çaya düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Çəpli kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, Çəpli kəndi ərazisində çaya düşən 2015-ci il təvəllüdlü Z. Abutalıbov Bərdə rayon sakinidir.

İlkin xəbərə görə, onun yaxınları Kəlbəcər rayonuna təsərrüfatlarını gətirib. Z. Abutalıbov da Kəlbəcərə yaxınlarının yanına istirahətə gəlibmiş.

Hazırda onun axtarışları davam edir. 

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)