Bazar günü axşam saatlarında İranın Qeşm adasına 10-11 raket atılıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İranın İRNA agentliyinə açıqlaması zamanı Qeşm valisi Hüseyn Əmir Teymuri məlumat verib.
"Bütün hədəflər hərbi obyektlər idi. Xoşbəxtlikdən, bu hücumlar heç bir itkiyə səbəb olmayıb", - Teymuri deyib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)