Şəmkirdə qadını elektrik cərəyanı vuraraq öldürüb

12 İyul 2026 20:40

Şəmkirdə qadını elektrik cərəyanı vurub.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Çinarlı kəndində baş verib.

Belə ki, 1988 ci il təvəllüdlü Nigar Vəliyevanı elektrik cərəyanı vurub. Qadın elə hadisə yerində vəfat edib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)