Gəncədə kütləvi zəhərlənmə olub

12 İyul 2026 19:53

Bu gün saat 18 radələrində başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

---------

Gəncədə qidadan kütləvi zəhərlənmə baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təxminən 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib.

Onlar arasında azyaşlılar da var.

İlkin olaraq xəstəxanaya aparılan şəxslər aşağıdakılardır:

Nuriyə Rüstəmova (1962)

Amin Teymurlu (1986)

İ. Məmmədov (2017)

Z. Hüseynova (2015)

U. İsyaev (2020)

Bənövşə  Əliyeva (1963)

Sevil Hüseynova (1987)

Mahirə İsmayılova (1983)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)