Angela Merkelin portretində diqqətçəkən məqam

12 İyul 2026 18:10

Berlindəki Bode muzeyində Almaniyanın keçmiş kansleri Angela Merkelin kanslerlər qalereyası üçün çəkilən rəsmi portretinin təqdimat mərasimi keçirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə nsn.fm məlumat yayıb.

Ancaq ictimaiyyətin diqqətini tədbirin özündən çox portretdəki bir detal cəlb edib - Merkelin sol əlində şəhadət barmağı təsvir olunmayıb.

Bununla yanaşı, "Bild" qəzeti barmağın olmamasının rəssam Jeremi Keyrasın istifadə etdiyi texnikanın xüsusiyyəti olduğunu ehtimal edib.

Portret oktyabrın sonunadək Bode muzeyində nümayiş etdiriləcək, daha sonra isə digər kanslerlərin portretləri arasında öz yerini tutacaq.

Qeyd edək ki, keçmiş kansler 2005-2021-ci illərdə, 16 il Almaniyaya rəhbərlik edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)