Keçmiş Qətər əmiri vəfat etdi

12 İyul 2026 10:38

Qətər Dövlətinin keçmiş əmiri, ölkəyə 18 il rəhbərlik etmiş Şeyx Həməd bin Xəlifə Al Tani 74 yaşında vəfat edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə əmirin ofisi X sosial media platformasında məlumat yayıb.

Rəsmi açıqlamada Həməd bin Xəlifə Al Taninin bazar günü səhər vəfat etdiyi bildirilib. Ofis onun ölümünü ölkə üçün böyük itki adlandırıb.

Həməd bin Xəlifə Al Tani müasir Qətərin banisi hesab olunur. Hakimiyyəti oğluna təhvil verdikdən sonra belə, o, ölkədə böyük təsir və hörmətə malik olmağa davam edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)