Hacıqabulda avtobus aşdı - 30-dan çox yaralı var - (Foto)

12 İyul 2026 09:03

Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iritutumlu rayonlararası sərnişin avtobusu aşıb. Hacıqabulda sərnişin avtobusunun aşması nəticəsində çoxsaylı xəsarət alan var.

Milli.Az APA-ya istinadən bildirir ki, iritutumlu rayonlararası sərnişin avtobusu aşıb. Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində çox sayda insan xəsarət alıb. Yaralılar Şirvan və Hacıqabul xəstəxanalarına çatdırılır. Hacıqabulda sərnişin avtobusunun aşması nəticəsində 30-dan çox sərnişin, o cümlədən uşaqlar xəsarət alıb. 

Yaralılar Şirvan və Hacıqabul xəstəxanalarına çatdırılır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)