Fransanın paytaxtı Parisin simvollarından biri olan Eyfel qülləsi həddindən artıq istilər səbəbindən bu həftəsonu fəaliyyət saatlarını dəyişdirib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qüllənin rəsmi saytında yayımlanan məlumatda bildirilir.
Qeyd edilib ki, yüksək temperatur səbəbindən abidə bu gün və sabah yerli vaxtla saat 16:00-dan etibarən ziyarətçilərin üzünə bağlanacaq.
Adətən, gecə saat 00:45-dək açıq olan Eyfel qülləsini bu həftəsonu ziyarət etmək istəyənlər əraziyə ən gec saat 12:15-də daxil ola biləcəklər.
Fransada müşahidə olunan güclü istilər fonunda ölkənin 24 departamentində ən yüksək - "qırmızı", 59 departamentində isə "narıncı" təhlükə səviyyəsi elan edilib.
Meteoroloqlar bəzi bölgələrdə havanın temperaturunun gündüz saatlarında 39 dərəcəyədək yüksələcəyini proqnozlaşdırırlar.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)