Atasının ölümünə görə qisas alacaqlarını bəyan etdi

11 İyul 2026 22:47

İranın Ali Lideri Əli Xameneinin dəfn mərasimi münasibətilə yayımlanan müraciətdə onun oğlu, hazırkı Ali Lider Müctəba Xamenei sərt bəyanatla çıxış edib.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan müraciətdə o, atasının qətlinə görə məsuliyyət daşıyan şəxslərdən qisas alınacağını və bunun İran xalqının iradəsi olduğunu bildirib.

Müctəba Xamenei qisasın mütləq həyata keçiriləcəyini vurğulayıb.

"Qisas millətimizin iradəsidir və mütləq yerinə yetirilməlidir. Dünyanın azad insanları tezliklə bu ilahi vəzifənin bir hissəsini yerinə yetirəcəklər", - deyə bəyanatda qeyd olunub.

Müctəba Xamenei atasının siyasi xəttini davam etdirəcəyini də bildirib və məsuliyyət daşıyan şəxslərin cəzasız qalmayacağını bildirib.

"Şəhidlərin və sizin təmiz qanınızın qisasını alacağımıza söz veririk. Bu cinayətə görə məsuliyyət daşıyanlar bilməlidirlər ki, bu proses ayrı-ayrı şəxslərin iştirakından asılı deyil. Biz burada olsaq da, olmasaq da, bu baş verəcək", - deyə o əlavə edib./"Qafqazinfo"

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)