Prezident İlham Əliyevin sosial media hesablarında Şuşanın Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşdən videoçarx paylaşılıb

11 İyul 2026 21:13

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial media hesablarında Şuşanın Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşdən videoçarx paylaşılıb.

Milli.Az xəbər verir ki, paylaşımda deyilir:

"Sizə cansağlığı arzulayıram ki, xoşbəxt yaşayasınız. Dərd-bəla olmasın bundan sonra, uşaqları yaxşı böyüdəsiniz, vətənpərvərlik ruhunda. Azərbaycan xalqına, dövlətinə ürəklərində sevgi ilə böyüsünlər. Lazım olanda, - inanıram ki, daha lazım olmayacaq, - amma lazım olanda hamı bilməlidir ki, "Dəmir yumruq" yerindədir və yerində olacaq".

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)