Çinin aviaşirkətləri güclü "Bavi" tayfunu səbəbindən iyulun 12-də 2,8 mindən çox daxili reysi ləğv etməyi planlaşdırır.
Milli.Az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Telekanal sərnişinlərə hava şəraitini və reyslərin statusunu diqqətlə izləməyi tövsiyə edib.
İyulun 11-i axşam saatlarına olan məlumata görə, əlverişsiz hava şəraiti səbəbindən Çin aviaşirkətləri 1,3 mindən çox reysi təxirə salıb.
"Bavi" tayfunu yerli vaxtla saat 23:20-də (Moskva vaxtı ilə 16:20) Çinin şərqində yerləşən Çjetszyan əyalətinə çatıb. Tayfunun Tayçjou şəhəri ərazisində dənizdən quruya çıxışı zamanı küləyin sürəti saniyədə 40 metr təşkil edib. Çinin şərqində təxminən 2 milyon nəfər təxliyə edilib./Trend
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)