Dünya şöhrətli müğənni Şakira uzun fasilədən sonra Misirdə səhnəyə çıxacaq.
Milli.Az xəbər verir ki, sənətçi Giza piramidaları qarşısında konsert proqramı ilə çıxış edəcək. Bu barədə ingilis mediası məlumat yayıb.
Bildirilib ki, konsert noyabrda planlaşdırılıb. Giza piramidaları bu günə qədər qorunub saxlanılan dünyanın yeddi möcüzəsindən yeganəsidir. Şakira çıxışının onun üçün xüsusi olacağını bildirib.
"Misirdə, Giza piramidalarının qarşısında çıxış edəcəyim üçün çox xoşbəxtəm. Hamınızı sevirəm" deyə, müğənni qeyd edib.
Qeyd edək ki, Şakira sonuncu dəfə Misirdə təxminən 20 il əvvəl konsert verib. Sənətçi may da "The Times" nəşrinə verdiyi müsahibədə keçmiş sevgilisi, "Barselona"nın sabiq futbolçusu Jerar Pike ilə münasibətləri barədə də danışıb. Cütlük 12 illik münasibətdən sonra 2022-ci ildə ayrılıb. Şakira həmin dövrün həyatındakı ən ağır sınaqlardan biri olduğunu vurğulayıb.
Hazırda müğənni yeni münasibətə hazır olmadığını, diqqətini övladlarına və karyerasına yönəltdiyini bildirib. Şakira, həmçinin 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatı üçün Burna Boy ilə birgə mahnı hazırladığını açıqlayıb.(Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)