Sosial şəbəkələrdə yayılan yol-nəqliyyat hadisəsinin görüntüləri qısa zamanda geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, kadrlarda arxadan BYD markalı avtomobilə çırpılan "Mercedes"in ciddi zədələndiyi görünür. Qəzanın təsirindən "Mercedes"də böyük deformasiya yaranarkən, BYD avtomobili isə az zərərlə hadisədən çıxıb.
Yayılan görüntülərdən sonra istifadəçilər əsasən BYD markasının möhkəmliyi və təhlükəsizlik göstəriciləri barədə fikir mübadiləsi aparıblar. Bir çoxları avtomobilin qəza zamanı zərbəyə davamlı olduğunu qeyd etsə də, digərləri təkcə görüntülərə əsasən yekun nəticə çıxarmağın doğru olmadığını bildiriblər.
Qəzanın görüntüləri qısa müddətdə minlərlə baxış toplayaraq sosial şəbəkələrdə ən çox paylaşılan videolardan birinə çevrilib. Hazırda hadisə ilə bağlı görüntülər internet istifadəçiləri arasında müzakirə olunmağa davam edir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)