Bakının 3 əsas yolunda hərəkət tam məhdudlaşdırılır - Xəbərdarlıq

11 İyul 2026 14:48

Bakıda aparılan təmir işləri ilə əlaqədar paytaxtın bir neçə küçə və yolunda nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, 13 iyul 2026-cı il saat 07:00-dək təmir işlərinin aparıldığı aşağıdakı yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə tam dayandırılacaq:

Səməd Vurğun küçəsi - Füzuli küçəsindən A.A. Bakıxanov küçəsinədək;
Nazim Hikmət küçəsi - H.B. Zərdabi küçəsi və Mətbuat prospektindən A.M. Şərifzadə küçəsinədək;
Sənan Abdullayev küçəsi (Baksol yolu) - Ziya Bünyadov prospektindən Sənan Abdullayev küçəsi, döngə 1-dək.

AAYDA sürücülərə müvəqqəti narahatlığa görə anlayış göstərmələrini, göstərilən müddət ərzində isə alternativ marşrutlardan istifadə etmələrini tövsiyə edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)