Trampın açıqlamasına İrandan cavab gəldi

11 İyul 2026 14:30

İran ABŞ ilə yeni danışıqların başlanması üçün Prezident Donald Trampa müraciət etmədiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, rəsmi Tehran yalnız vasitəçilər vasitəsilə təmasların davam etdirilməsinə müsbət yanaşır. Həmçinin bildirilib ki, ötən il zədələnmiş nüvə obyektlərinə Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin girişinə icazə verilməyəcək.

Xatırladaq ki, Donald Tramp daha əvvəl İranın danışıqların bərpasını istədiyini iddia etmişdi.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)