Masallıda atdan yıxılan kişi öldü

11 İyul 2026 13:00

Masallı rayonunda atdan yıxılan 49 yaşlı kişi ölüb.

Milli.Az apa-ya istinadla xəbər verir ki, hadisə ötən gün rayonun Ninalov kəndinin ərazisində baş verib.

Məlumata görə, kənd sakini 1977-ci il təvəllüdlü Mikayıl Əbilov ehtiyatsızlıqdan atdan yıxılıb və ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)