Futbol üzrə 2026-cı il dünya çempionatında bu gecə 1/4 final mərhələsinin son iki qarşılaşması baş tutacaq.
Milli.Az xəbər verir ki, günün ilk matçında Norveç millisi İngiltərə yığması ilə üz-üzə gələcək. Digər görüşdə isə Argentina seçməsi İsveçrə millisi ilə yarımfinal uğrunda mübarizə aparacaq.
Dünya çempionatı
1/4 final
12 iyul
01:00 - Norveç - İngiltərə
05:00 - Argentina - İsveçrə
Qeyd edək ki, 1/4 finalın əvvəlki oyunlarında Fransa Mərakeşi 2:0, İspaniya isə Belçikanı 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)