Müğənni Əminə Şirin müsahibəsi zamanı səsləndirdiyi fikirlərlə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, sənətçi həbsdə keçirdiyi ilk günlərdən danışarkən cəsarətli etirafı ilə müzakirələrə səbəb olub. Əminə Şirin bildirib ki, zindanda keçirdiyi ilk gecə gözlənildiyinin əksinə, özünü xoşbəxt hiss edib.
Onun sözlərinə görə, yaşadıqlarını ilahi qismət kimi qəbul edib və həmin taleyə təslim olmağı bacarıb. Müğənni bu qərarın öz seçimi olduğunu vurğulayaraq, yaşadığı hər anı olduğu kimi qəbul etdiyini deyib.
Əminə Şirin əlavə edib ki, insan öz taleyini və seçimlərini özü formalaşdırır. Bu səbəbdən də verdiyi qərarlardan peşman olmadığını, bu gün də eyni sual verilsə, fikrinin dəyişməyəcəyini bildirib:
"Zindanda keçirdiyim ilk gecə həddindən artıq dərəcədə çox xoşbəxt idim. Bu da ilahi bir qismət idi, buna da təslim olmağı bacarmaq lazım idi. Bu mənim seçimim idi və həmin anı doya-doya yaşamaq lazım idi. Öz qismətini özün yaradırsan. Ona görə də seçimimdən çox razı idim. Axışa təslim olmağı sevirdim. Bu gün də soruşsanız, peşman deyiləm".
Müğənninin bu açıqlamaları sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi izləyicilər onun səmimiliyini yüksək qiymətləndirsələr də, digərləri səsləndirdiyi fikirlərlə razılaşmadıqlarını ifadə ediblər. Etiraf qısa zamanda geniş müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)