DÇ-2026: İspaniya yarımfinala yüksəlib

11 İyul 2026 01:12

Futbol üzrə dünya çempionatında İspaniya Belçikaya qalib gəlib.

Milli.Az-ın məlumatına görə, Los-Anceles stadionunda keçirilən 1/4 final mərhələsinin matçında Luis de la Fuentenin rəhbərlik etdiyi kollektiv 2:1 hesablı qələbəyə seviniblər.

İspanların heyətində Fabian Ruiz (30) və Mikel Merino (88) fərqləniblər.

Belçikanın yeganə qolu isə Şarl de Ketelarenin (41) aktivinə yazılıb.

İspaniyanın yarımfindaldakı rəqibi Fransa seçməsi olacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)