Jorje Jezuş Portuqaliya millisinə baş məşqçi təyin edilib

10 İyul 2026 23:49

Futbol üzrə Portuqaliya millisinin yeni baş məşqçisi məlum olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu vəzifəyə Jorji Jezuş gətirilib. 71 yaşlı portuqaliyalı mütəxəssis komandanın sükanı arxasında Roberto Martinesi əvəzləyib.

O, 2030-cu ildə Portuqaliya, İspaniya və Mərakeşin birgə ev sahibliyi edəcəyi dünya çempionatının sonunadək milli komandaya rəhbərlik edəcək.

Xatırladaq ki, Portuqaliya millisi DÇ-2026-nın 1/8 finalında İspaniyaya 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Həmin matçdan sonra Roberto Martines istefa verib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)