Balakən rayonunun Talalar kəndində fərdi yaşayış evində vətəndaşlar köməksiz vəziyyətdə qalıblar.
Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, fərdi yaşayış evinin giriş qapısının və ətrafındakı konstruktiv elementlərin uçması nəticəsində sakinlər içəridə köməksiz vəziyyətdə qalıblar. Yanğınsöndürən-xilasedicilər evin girişində uçqun nəticəsində yaranan maneələri aradan qaldıraraq vətəndaşların təxliyəsini təmin ediblər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)