Zeynəbin axtarışlarına helikopter cəlb edildi (Video)

10 İyul 2026 21:17

Xəbər verildiyi kimi 6 iyul 2026-cı il tarixində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.

Milli.Az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilir ki, axtarışlar FHN-in Aviasiya dəstəsinin helikopteri, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələri tərəfindən həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)