Əməkdar artist Qorxmaz Əlilicanzadə bir müddət əvvəl üz iflici keçirdiyini açıqlayıb.
Milli.Az xəbər verir ki, sənətçi bu barədə "Xəzər axşamı" verilişində danışıb.
"Səhər yuxudan durdum, getdim əl-üzümü yuyum ki, Elgizin verilişinə dəvətliyəm. Gördüm ki, ağzım əyilib, üz iflici keçirmişəm. Mənim də bir xasiyyətim var, söz vermişəmsə, gəlməliyəm. Gəlim, desinlər ki, çıx get, gedim. Səhər verilişə gəldim. Elgiz baxdı və soruşdu ki, "Bu nədir, niyə gəlmisən?". Dedim ki, necə yəni, söz vermişəm. Tapşırdım ki, məni operator sol profildən çəksin. Verilişi yola verdim, sonra Elgiz məni həkim yanına göndərdi.
Bu elə bir şeydir ki, müalicədən sonra az da olsa hiss olunur ki, bu adam üz iflici keçirib. Həkim məni 10 günün içində diriltdi, həyata qaytardı. 10 gün sonra deyib-gülür, oynayırdım". (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)