Goranboyda yol qəzası - 3 nəfər xəsarət alıb (Foto)

10 İyul 2026 19:02

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində Goranboy sakinləri - 2002-ci il təvəllüdlü Ş.Xəlilova, 2020-ci il təvəllüdlü E.Xəlilova və 2023-cü il təvəllüdlü A.Xəlilova xəsarət alaraq xəstəxanaya çatdırılıblar.

Onlara tibbi yardım edildikdən sonra evə buraxılıblar.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)