Azərbaycanda fəxri adlara görə təqaüd alanların sayı açıqlandı

10 İyul 2026 17:15

2026-cı ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda fəxri adlara görə aylıq təqaüd alan şəxslərin sayı 4 683 nəfərdir.

Milli.Az xəbər verir ki, onların 239-u "Xalq" fəxri adına, 4 444-ü isə "Əməkdar" fəxri adına görə təqaüd alır.

Qeyd edək ki, fəxri adlara görə təqaüdlər dövlət tərəfindən müvafiq qanunvericiliyə uyğun olaraq təyin edilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)