Tanınmış xanəndə bu müğənni ilə ailəli imiş - (Video)

12 İyul 2026 15:24

Tanınmış xanəndə Nüşabə Kərimli ilə müğənni Şəhriyar Səfərovun ailəli olduqları məlum olub.

Milli.Az xəbər verir ki, Cütlük son vaxtlar birlikdə televiziya proqramlarında iştirak etməyə başlayıb. Onların birgə efir görüntüləri və duetlərinə çəkdirdikləri klip izləyicilərin marağına səbəb olub.

Cütlüyün həm şəxsi, həm də yaradıcılıq həyatında birlikdə addımlaması sosial şəbəkə istifadəçiləri tərəfindən müsbət qarşılanıb. Paylaşımların şərh bölməsində onlara ünvanlanan çoxsaylı xoş arzular və təbrik mesajları diqqət çəkib.

İzləyicilər sənətçilərin bir-birinə yaraşdığını qeyd edərək, ailə və sənət həyatlarında onlara uğurlar arzulayıblar. 

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)