“Samsunspor”un keçmiş futbolçusu "Şəfa"da!

10 İyul 2026 17:54

"Şəfa" Futbol Klubu yarımmüdafiəçi Musa Quelini heyətinə qatıb.

Klubdan Milli.Az-a verilən məlumata görə, 27 yaşlı fransalı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Queli son olaraq Şimali Makedoniyanın "Tikves" klubunda çıxış edib. O, karyerası ərzində Türkiyədə "Samsunspor"un, Fransada isə "Dankerk", "Red Star", "Valansyen" və "Loryan" klublarının formasını geyinib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)