Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində (SOMDA) yeni təyinat olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən, general-mayor Ramil Həsənov SOMDA rəisi Sərdar Səfərovun müavini təyin edilib.
Qeyd edək ki, R.Həsənov Vətən müharibəsi iştirakçısıdır. General bundan əvvəl hüquq-mühafizə orqanlarında xidmət edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)