Sosial şəbəkələrdə yayılan duyğusal görüntülər izləyicilərin diqqətini çəkib.
Milli.Az xəbər verir ki, gənc oğlan anasının ad günü münasibətilə onun üçün xüsusi sürpriz hazırlayıb. Gözlənilməz bahalı hədiyyə və səmimi anlar ananı duyğulandırıb, həmin görüntülər isə qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb.
Paylaşılan videoda ananın yaşadığı sevinc və kövrək anlar izləyicilərin də emosional reaksiyasına səbəb olub. Bir çox istifadəçi ana sevgisinin və övlad qayğısının ən gözəl nümunələrindən biri olduğunu qeyd edərək görüntüləri ürək sözləri ilə şərh edib.
Anaya edilən bu jest sosial şəbəkələrdə böyük maraq doğuraraq minlərlə bəyənmə və paylaşım toplayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)