Bakıda obyekti soyan 23 yaşlı gənc saxlanıldı - (Video)

10 İyul 2026 13:15

Bakının Sabunçu rayonunda oğurluq hadisəsi ilə bağlı əməliyyat keçirilib.

Milli.Az xəbər verir ki, məlumata görə, Pirşağı qəsəbəsində yerləşən obyektlərdən birindən 1 800 manat nağd pul və 4 160 manat dəyərində noutbuk oğurlanıb.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 23 yaşlı Fərid İdrisov saxlanılıb.

Araşdırma zamanı onun paytaxtın müxtəlif ərazilərində, eləcə də Sabunçu rayonunda digər oxşar oğurluq hadisələrində də iştirak etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)