“Təhsil TV”yə yeni direktor təyin edildi

10 İyul 2026 12:18

"Təhsil TV"nin direktoru vəzifəsinə təyinat olub.

Milli.Az "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, bu vəzifəyə Bəhruz Nəzərov təyinat alıb.

B.Nəzərov müxtəlif illərdə "Space" TV-də, "İnterfaks-Azərbaycan"da, "ATV International"da, "Yurd TV"də müxtəlif vəzifələrdə çalışıb. O, 2012-ci ildə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)