28 yaşlı braziliyalı yarımmüdafiəçi Julio Rodriges Romao Qroznının "Axmat" klubunun heyətinə qoşulub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müqavilə üç il müddətinə nəzərdə tutulub.
Romao dayaq yarımmüdafiəçisi mövqeyində oynayır. O, daha əvvəl "Ferentsvaroş" (Macarıstan), "Qarabağ" (Azərbaycan) və "Santa-Klara" (Portuqaliya) komandalarında çıxış edib.
"O, "Ferentsvaroş" və "Qarabağ"la birlikdə milli çempionatların qalibi olub, Macarıstan və Azərbaycan kuboklarını qazanıb. Futbolçunun aktivində avrokuboklarda əllidən çox oyun var" , - deyə "Axmat"ın paylaşımında bildirilir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)