Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO Liderlər Zirvəsi çərçivəsində bəzi dövlət və hökumət başçılarına təqdim etdiyi hədiyyə Avropa mediasında geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, məlumata görə, liderlərə Türkiyənin Maşın və Kimya Sənayesi (MKE) tərəfindən istehsal edilən, üzərlərində adları həkk olunmuş Gümüşay 357 Magnum revolverləri hədiyyə edilib.
.png)
Macarıstanın Baş naziri Peter Magyar sosial şəbəkə hesabında hədiyyənin fotosunu paylaşaraq, Prezident Ərdoğanın ona üzərində adı həkk olunmuş revolver təqdim etdiyini bildirib.
O, paylaşımında bu jesti "fövqəladə hədiyyə" kimi qiymətləndirib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)